"Napoli" klubunun hücumçusu PSJ-yə keçə bilər
İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen Fransa təmsilçisi PSJ-yə keçə bilər.
"QELEBE.AZ" "II Mattino"ya istinadən xəbər verir ki, İtaliya klubu parislilərdən 120 milyon avroluq rəsmi təklif gözləyir.
Osimhen cari mövsüm "Napoli"nin heyətində 28 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 110 milyon avro qiymətləndirir.
Qeyd edək kii, 2020-ci ildən "Napoli"də çıxış edən 25 yaşlı forvardın klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

https://qalaba.az//uploads/photo/napoli-klubunun-hucumchusu-psj-ye-keche-biler.webp











