Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib

Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (GRVK) Bərdədəki ilk məşqini izləyib.

AVF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, GRVK-nın rəhbərliyi də hazırlıq prosesini izləyiblər.

Məşqlər Bərdə rayon 3 saylı tam orta məktəbin idman zalında təşkil olunub.

Qonaqlara bildirilib ki, Bərdə rayonu üzrə keçirilmiş seleksiya tədbirlərində ümumilikdə 250-dən çox qız və oğlan seçilib. Onlardan 35 nəfəri hazırkı məşqlərdə iştirak edir, digərləri növbəti məşqlərə qruplar şəklində cəlb olunacaqlar.

Şahin Bağırov paytaxtla yanaşı, digər bölgələrdə də voleybolun inkişafına ciddi diqqət yetirildiyini bildirib. O, qeyd edib ki, artıq bir sıra bölgələrdə regional voleybol klubları yaradılıb, bu klublara müvafiq bölgələrdən seçilən, kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr cəlb olunub.

Ş.Bağırov bu uşaqların gələcəkdə milli komandaların heyətində çıxış edə bilmələri üçün lazımi şəraitin yaradıldığını, federasiyanın onlara hər zaman dəstək olacağını söyləyib. Federasiya rəhbəri uşaqlara peşəkar voleybolçu olmaq, ölkəmizi gələcəkdə beynəlxalq arenalarda layiqincə təmsil edə bilmək üçün var gücləri ilə çalışmalarını, həmçinin dərslərinə də ciddi fikir vermələrini tövsiyə edib, onlara uğurlar arzulayıb.

Vidadi İsayev də çıxış edərək voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbrləri yüksək qiymətləndirib. Yaxın gələcəkdə ölkə voleybolunun qazanacağı uğurlarda bu bölgənin təmsilçilərinin də əməyinin olacağına əminliyini ifadə edib. O, öz növbəsində İcra Hakimiyyətinin GRVK-nın fəaliyyətinə və burada məşq keçən uşaqlara dəstək olacağını bildirib. Sonda xatirə şəkli çəkdirilib.

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib