Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.
"Report" xəbər verir ki, yığmamıza ikinci mükafatı Alfonso Dominqes qazandırıb.
92 kq çəkidə çıxış edən boksçumuz yarımfinalda mübarizəni dayandırdığından 3-cü yeri tutub.
Ondan öncə Malik Həsənov (63,5 kq) da bürünc medala yiyələnib.

https://qalaba.az//uploads/photo/avropa-chempionati-azerbaycan-millisi-yarishi-2-burunc-medalla-basha-vurub.webp











