Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur

Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur

Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Gülərin gələcək taleyi ilə bağlı açıqlamasında deyib.

La Liqanın XXXIII turu çərçivəsində səfərdə “Real Sosyedad”a 1:0 hesabı ilə qalib gəldikləri oyun sonrası jurnalistlərin suallarını cavablandıran “kral klubu”nun çalışdırıcısı, 19 yaşlı futbolçunun onlar üçün vacib olduğunu söyləyib: “Arda bizim üçün önəmlidir və yeni mövsümdən etibarən klubumuzun sıralarında yer alacaq. Zədəsini sağaltdıqdan sonra məşqlərə gec qoşuldu. Bu səbəbdən matçlara çıxması bir az zaman aldı. O, çox gəncdir və komandaya uyğunlaşmağa başlayıb. “Real Sosyedad”a vurduğu qol onun hədiyyəsi idi”.

Qeyd edək ki, “Real Soyedad” - “Real” (Madrid) (0:1) matçında yeganə qol Arda Gülərin ayağına yazılıb. Gənc futbolçu ümumilikdə cari mövsüm 8 qarşılaşmada meydana çıxıb və 2 qol vurub.

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
Şenol Güneş yenidən "Beşiktaş"ın baş məşqçisi ola bilər

Şenol Güneş yenidən "Beşiktaş"ın baş məşqçisi ola bilər

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

Futbol
Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib