Azərbaycan millisinin baş məşqçisi: Yaxın müddətdə komandadakı çatışmazlıqları aradan qaldırmaq istəyirik

Azərbaycan millisinin baş məşqçisi: Yaxın müddətdə komandadakı çatışmazlıqları aradan qaldırmaq istəyirik

Yaxın müddətdə komandadakı çatışmazlıqları aradan qaldırmaq istəyirik.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üç görüş keçirən yetirmələrinin çıxışı barədə danışıb: “Komandamızın üzvləri hər oyunda öz güclərini artırırdılar. Təbii ki, çatışmayan cəhətlərimiz çoxdur. Belarus və Özbəkistan milliləri bizi fiziki cəhətdən üstələyirdilər. Sona qədər istədiyimiz tempdə oynaya bilmirdik. Birəbir mübarizələrdə çətinliklərimiz var. Matçların gedişində tez-tez heyətdə dəyişikliklər etdik. Hər bir futbolçunun meydana çıxması üçün çalışırdıq. Belarusla ilk qarşılaşma uğursuz alındı və böyük hesabla uduzduq. Özbəkistana məğlub olduğumuz matçda isə pis təsir bağışlamadıq. Sadəcə, oyunçularımız qol imkanlarından yararlana bilmədilər. Ən yaxşı oyunumuzu Tacikistana qarşı keçirdik. Qarşılaşma boyunca üstün tərəf biz idik. Lakin görüşün əsas vaxtı heç-heçə yekunlaşdığından, turnirin reqlamentinə uyğun birbaşa penalti zərbələri vuruldu və qalib gəldik”.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Belarusa 0:4, Özbəkistana isə 0:2 hesabı ilə uduzub. Tacikistanla qarşılaşmanın əsas vaxtında 2:2 bərabərə qalan milli penaltilər seryasında qalib gəlib.

Futbol
Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
Belçikadan minimal hesablı qələbə -

Belçikadan minimal hesablı qələbə -