Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişib
Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında XXXIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutacaq.
Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da start götürəcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-premyer-liqasi-qarabag-neftchi-oyununun-stadionu-deyishib.webp











