Azərbaycan millisinin baş məşqçisi: İnanırıq ki, daha iki atletimiz Paris-2024-ə vəsiqə qazanacaq

Azərbaycan millisinin baş məşqçisi: İnanırıq ki, daha iki atletimiz Paris-2024-ə vəsiqə qazanacaq

İnanırıq ki, daha iki atletimiz - Nazim Babayev və Yekatrina Sarıyeva da Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov deyib.

Mütəxəssis Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında yığmamızın üzvlərinin çıxışı barədə danışıb: “Bu yarış bizim üçün yoxlama xarakterli idi. Bununla belə, idmançılarımız yüksək göstəricilərə nail oldular. Komandamızın ən təcrübəli atleti, Avropa çempionumuz Nazim Babayev yarışın ilk günündə uzunluğa tullanmada 7.56 metr göstərici ilə ümidləri doğrultdu. 100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva birinci yeri tutan digər təmsilçimiz oldu. Kişilər arasında 100 metr məsafəyə qaçışda Əlhəm Nağıyevin ikinci yerə çıxması da müsbət məqamlar arasında idi. Bundan başqa, İsmayıl Əliyev, Fəridə Rzayeva, Orxan Aslanov və Rüstəm Məmmədov üçüncü yerlə kifayətləndilər. Yeniyetmələrdən ibarət millimizin üzvü Toğrul Şahtaxtinski də özünü yaxşı tərəfdən göstərərək, 1-ci pillənin sahibi oldu".

H.İbrahimov planları açıqlayıb: "Qarşıdakı günlərdə atletika üzrə Bakı birinciliyi və Azərbaycan çempionatı keçiriləcək. Bundan başqa, idmançılarımızın bir neçə beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulub. Bildiyiniz kimi, yığmamızın üzvü Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Ümid edirik ki, digər idmançılarımız da bunu bacaracaqlar”.

Millimizin çalışdırıcısı İsveçrənin Lozanna şəhərində iştirak etdiyi seminarla bağlı məlumat verib: “Olimpiya Həmrəyliyi Fondunun maliyyələşdirdiyi və ABŞ Olimpiya və Paralimpiya Komitələrinin həyata keçirdiyi Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramında iştirak etdim. Bildirmək istəyirəm ki, ən yüksək bal toplayan mən olmuşam. 13 ay təhsilim davam etdi. Dərslər ilk 6 ay ərzində onlayn keçirildi. 9 mövzu ilə bağlı təhsil alırdım. Daha sonra 3 həftə ABŞ-də səfərdə oldum”.

Fərdi
Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"