Millimiz Səudiyyə Ərəbistanı ilə iki yoxlama oyunu keçirəcək
"Lester" İngiltərə çempionatında rekorda imza atıb
İngiltərə Çempionşipində cari mövsümün başa çatmasına bir tur qalmış 97 xalla çempionluğu təmin edən “Lester” komandası rekorda imza atıb.
“QELEBE.AZ” xəbər verir ki, “tülkülər” 8-ci dəfə aşağı liqanın qalibi olmaqla, daha əvvəl 7 dəfə bu uğuru qazanan “Mançester Siti”ni üstələyiblər.
Çempionşip tarixində “Norviç”, “Sanderlend” və “Şeffild Uensdey” isə hərəyə 5 dəfə çempionluq sevinci yaşayıblar.
Qeyd edək ki, “Lester” 1 illik fasilədən sonra Premyer Liqaya vəsiqə qazanıb.

https://qalaba.az//uploads/photo/lester-ingiltere-chempionatinda-rekorda-imza-atib.webp











