"Xəzri"nin baş məşqçisi: Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik

"Xəzri"nin baş məşqçisi: Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik

Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik.

"Report" xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Sərhədçi” ilə görüş barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

"Matç ilk dəqiqələrdən etibarən nəzarətimiz altında keçdi. Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik. Rəqibin hansı planla çıxış edəcəyinin fərqində idik. Ona uyğun olaraq da xüsusi müdafiə sistemi qurmuşduq. Böyük fasiləyə də istədiyimiz kimi yollanmağı bacardıq. Eyni zamanda, rəqibin geridönüş etməsinə imkan vermədik. Pley-off mərhələsi olduğu üçün həm müdafiə sərtliyi, həm də hücumdakı fərqli seçimlərin olması bizim üçün çox vacib idi. Bu görüşdə də istədiklərimizi həyata keçirməyi bacardıq", - deyə türkiyəli mütəxəssis söyləyib.

O, heyətdəki basketbolçuların durumu ilə bağlı da danışıb: "Amil Həmzəyevin zədədən sonra istədiyimiz performansı göstərməsi Ceremi Maklaflinin də rahat oynamağına şərait yaratdı. Digər basketbolçularımız da üzərlərinə düşəni artıqlaması ilə yerinə yetirdilər. Platek təxminən bir aydır zədəli idi və bu gün ilk matçına çıxdı. Endryunun meydanda olması rəqib müdafiəçilərin daha diqqətli olması ilə nəticələnir və bunun sayəsində digər oyunçularımız daha uyğun mövqelərdən atışlar edirlər. Gün keçdikcə onun 3 xallıq atışlarını bərpa edəcəyinə və daha yaxşı performans sərgiləyəcəyinə ümid edirəm. Əlavə olaraq Səid İsmayılov da müdafiədə önəmli işlər gördü".

M.Dikmen komandasının bu qarşılaşamada çox yaxşı mübarizə apardığını deyib: "Xüsusi bir səbəbə görə Yusuf Muhammed bu görüşdə heyətdə yer almamışdı. Pley-offda bütün oyunçularıma ehtiyacım var. İstədiyimiz performansı yenidən göstərməyə başlamışıq. Bundan sonra ümid edirəm ki, həm mental, həm də fiziki vəziyyətimizi istədiyimiz səviyyəyə yüksəldərik".

Qeyd edək ki, ötən gün "Sərhədçi" İdman Mərkəzində baş tutan "Xəzri" - "Sərhədçi" matçı birincilərin 98:64 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında 1/4 final mərhələsinin ikinci oyunu mayın 3-də baş tutacaq.

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq