"Araz-Naxçıvan"ın baş məşqçisi: Planlar və transfer məsələləri mayın sonunda dəqiqləşəcək

"Araz-Naxçıvan"ın baş məşqçisi: Planlar və transfer məsələləri mayın sonunda dəqiqləşəcək

Yeni mövsümə aid planlar və transfer məsələləri mayın sonunda dəqiqləşəcək.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın futzal millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisi Vitali Borisov deyib.

O, komandasının Yüksək Liqada çempion olması və yeni planlar barədə danışıb: “Çətin ili arxada qoyduq. Futzal hər il Azərbaycanda daha da inkişaf edir. Ölkə çempionu olduq, buna görə sevincliyik. Qarşıda bizi "Baku Fire" komandası ilə Azərbaycan Kubokunun final matçı gözləyir. Hədəfimiz qalibiyyətdir. Mayın sonunda rəhbərliklə görüşümüz olacaq və komandanın gələcəyi ilə bağlı müzakirələr aparacağıq”.

41 yaşlı mütəxəssis rəhbərlik etdiyi futzal millimizlə bağlı planları da açıqlayıb: “Bildiyiniz kimi, yığmamızın heyətinin əksəriyyətini gənclər təşkil edir. Təcrübəli oyunçular da komandaya töhfə verməyə çalışırlar. Bizə əsas lazım olan yoldaşlıq oyunları keçirməkdir. Futzalçılarımız tez-tez meydançaya çıxıb güclərini sınamalı və kimin nəyə qadir olduğunu görməliyik. Lakin məsələ burasındadır ki, yay aylarında yoxlama oyunu keçirmək üçün rəqib tapmaq çətinləşir. Hələlik heç kimlə danışıqlarımız olmayıb”.

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib