Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib

Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, koreyalı və çinli atletlər arasında gedən “qızıl” mübarizəsi kifayət qədər maraqlı alınıb.

Koreyanı təmsil edən Jun Yang 50 atışdan 41-ni dəqiq yerinə yetirərək qızıl medala sahib olub. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Almaniyalı Josefin Eder 32 dəqiq atış nəticəsində “bürünc”lə kifayətlənib.

Yarış başa çatandan sonra üçüncü yerin sahibi Josefin Eder finalla bağlı fikirlərini dilə gətirib:

“Qızıl medal qazanmaq istəyirdim. Yarışlar, işıqlandırma sistemləri, atış mərkəzləri, hətta iştirak etdiyin günlər belə, fərqli olur. Görünür, bugünkü rəqiblərim məndən daha hazırlıqlı idi. Görmə məsafəm də müəyyən problemlər yarandı ki, bu, daha çox xal qazanmağımı əngəllədi.

2024-ci ilə yaxşı başlamışam. Rio de Janeyroda “qızıl” qazanmışdım, Bakıda “bürünc”ə sahib oldum. Paris-2024 Olimpiadasında hədəfim ölkəmiz adına medal qazanmaqdır.

Azərbaycana artıq neçənci səfərim olduğunu unutmuşam. Bakı gözəlliyi ilə seçilən şəhərdir, yerli təamlar xoşumuza gəlir, .ən əsası, yarışlar yüksək səviyyədə təşkil olunur. Hər dəfə eyni gözəllikləri görməkdən zövq alırıq”.

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb