Azərbaycan millisinin baş məşqçisi: Yeganə qazancımız qızların təcrübə toplaması oldu

Azərbaycan millisinin baş məşqçisi: Yeganə qazancımız qızların təcrübə toplaması oldu

Yeganə qazancımız qızların təcrübə toplaması oldu.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futbol üzrə 17 yaşadək qızlardan ibarət komandasının baş məşqçisi Nərgiz Qurbanova Belarusun paytaxtı Minskdə keçirilmiş UEFA İnkişaf Turnirindəki çıxışlarını dəyərləndirərkən söyləyib.

Məşqçi yarışda keçirdikləri oyunlar barədə danışıb: “İnkişaf Turnirində belə bir qayda var ki, komandanın bütün oyunçuları 90 dəqiqə ərzində şans qazanmalıdırlar. Bu da onu göstərir ki, turnirin əsas məqsədi futbolçuların təcrübələrini artırmaqdır. İlk görüşdə Belarusla qarşılaşdıq. Belarus və Türkiyə millisi A, Qazaxıstan isə B səbətində yer alıb. A səbətində olan komandalara qarşı oyun çətin keçir. İlk matçda 1:3 hesabı ilə məğlub olsaq da, qızlarımız əzmkar mübarizə apardılar. Nəzərə alsaq ki, qızların əksəriyyəti bu səviyyədə ilk dəfədir oynayırlar, yeganə qazancımız onların təcrübə toplaması oldu. İkinci oyun 2:2 hesabı ilə yekunlaşdı, yalnız penaltilərdə məğlub olduq. Qazaxıstan B səbətində yer aldığı üçün düşündüm ki, bu komanda ilə oyunda ikinci heyəti meydana buraxım. Qələbə qazana biləcəyimizi düşünürdüm. İlk hissədə də öndə idik. Oyunboyu daha çox biz hücum edirdik. İkinci hissədə Qazaxıstan millisi hesabda önə keçdi. Sonda penaltilərdə uduzduq. Üçüncü oyunda Türkiyə millisi ilə qarşılaşdıq. Rəqib turnirə güclü heyətlə qatılmışdı, ona görə də təəssüf ki, 0:4 hesabı ilə məğlub olduq. İlk hissədə hesab bərabər olsa da, hücum edən tərəf Türkiyə millisi idi. Biz ancaq müdafiə olunurduq. İkinci hissədə isə hesabda 4:0 önə keçdilər. Bu da futbolçularımızın fiziki durumunun aşağı olmasından irəli gəlirdi. Bütün səhvlərimizi, oyunlarımızı təhlil edəcəyik. Əlbəttə, əsas məqsədimiz qızların qarşıdan gələn Avropa çempionatına daha hazırlıqlı olmalarıdır”.

N.Qurbanova futbolçuların təcrübə qazanması üçün zamana ehtiyac olduğunu dilə gətirib: “Deməzdim ki, Azərbaycanda qadın futbolu inkişaf etməyib. Düzdür, azyaşlıların oyunlarında məğlubiyyətlər görürük. 10 il əvvəl deyirdik ki, qızlarımz uduzur, bacarmırlar. Lakin qadınlardan ibarət yığmamız ötən il Millətlər Liqasında C qrupunda bütün oyunları məğlubiyyətsiz başa vuraraq birinci oldu. Düşünürəm ki, yeniyetmə qızlar da zamanla daha çox təcrübə qazanırlar”.

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Futbol
"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Futbol
Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub