“Neftçi” Azərbaycan çempionatında nadir göstəriciyə imza atıb

“Neftçi” Azərbaycan çempionatında nadir göstəriciyə imza atıb

“Neftçi” Azərbaycan çempionatında nadir təsadüf olunan göstəriciyə imza atıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan (0:5) Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. Bu ,1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə hadisədir. Belə göstəriciyə sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.

“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə ardıcıllığa nail olub. Tovuzlular 1997/1998 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/1999 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/2001 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/2002 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Futbol
“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
Peşəkar Futbol Liqasında yeni təyinat olub

Peşəkar Futbol Liqasında yeni təyinat olub

Futbol
"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"

"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"

Futbol
"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub