İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə üç xalı əldən verib

İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə üç xalı əldən verib

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində Birminhem təmsilçisi “Aston Villa” “Liverpul”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, baş hakim Saymon Huperin idarə etdiyi oyun “Villa Park”da baş tutub.

Oyunda hesab erkən açılıb: artıq 2-ci dəqiqədə “qırmızılar”ın ingiltərəli yarımmüdafiəçi Harvi Eliotun ötürməsindən sonra topun müdafiəçiyə dəyməsi qapıçı Emiliano Martinesin topu əlindən qaçırtmasına səbəb olub, qol argentinalı qolkiperin adına yazılıb. Cəmi on dəqiqə sonra “aslanlar” Yuri Tilemansın dəqiq oyunu sayəsində status-kvonu bərpa ediblər. Bununla belə, Yürgen Kloppun yetirmələrinə hesabda yenidən irəli çıxmaq üçün 11 dəqiqə bəs edib: niderlandlı hücumçu Kodi Qakpo Premyer Liqada doqquzuncu qolunu vurub. İlk hissə qonaqların üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə də “Liverpul” erkən qolla başlayıb: 48-ci dəqiqədə 21 yaşlı müdafiəçi Carell Quansa Elliotun ötürməsini qolla tamamlayıb. İnamlı üstünlüyə baxmayaraq, Mersisayd təmsilçisi hesabı qoruya bilməyib. 85-ci dəqiqədə kolumbiyalı Con Duran birminhemlilərin ikinci qolunu vurub. Üç dəqiqə sonra isə adıçəkilən hücumçu Unay Emerinin komandasının çox vacib üçüncü qoluna imza atıb. Beləliklə, oyun heç-heçə başa çatıb.

Qeyd edək ki, 37 oyundan sonra “Aston Villa” 68 xalla dördüncü pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi ehtiyatında bir oyun olan “Tottenhem”dir (63 xal). “Aslanlar” növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmağa yaxındırlar. “Liverpul” isə 37 oyundan sonra 79 xal toplayıb. “Qırmızılar” üçün “Aston Villa”ya qarşı oyun heç bir turnir əhəmiyyəti daşımayıb. Belə ki, komanda çempionluq yarışını dayandırsa da, üçüncü pillədəki yerini də sığortalayıb.

İngiltərə Premyer Liqası 38 həftədən ibarətdir. Hazırda turnir cədvəlinə 86 xalla “Arsenal” başçılıq edir. “Topçular”ın ən yaxın təqibçisi ondan bir oyun az keçirmiş “Mançester Siti”dir (85).

Xatırladaq ki, həm “Aston Villa”nın, həm də “Liverpul”un çalışdırıcıları mövsümün ən yaxşı baş məşqçisi adına namizəddirlər.

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Futbol
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Futbol
Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Futbol
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

Futbol
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Futbol
Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ