"Kəpəz"in kapitanı: Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var

"Kəpəz"in kapitanı: Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var

Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var. Bazada, akademiyada işləyənlər - hamımız bir olduq. Bunu unutmaq olmaz.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan mövsümün əvvəlində qarşıya qoyulan hədəfə daha tez çatdıqlarını bildirib: “Məqsəd elitada qalmaq idi. Biz zəhmətimizlə buna nail olduq. Klub rəhbərliyi də bizim rahatlığımız üçün maksimum şərait yaratdı. Belə olan vəziyyətdə futbolçular, məşqçilər korpusu olaraq əlimizdən gələnin ən yaxşısı etməyə çalışdıq. Allah şükürlər olsun ki, bizdə alındı”.

Kapitan hədəfə çatmaqda azarkeşlərin rolunu, dəstəyini xüsusi vurğulayıb: “Onları ayrıca qeyd etmək istərdim. Fanatlar bizə əla motivasiya verdilər. Buna görə minnətdarıq. Komandaya münasibətləri olduqca əladır. Böyük hesabla uduzduğumuz oyunlarda belə fərqli münasibət görmədik. Bu uşaqlar komandanı çox sevirlər”.

27 yaşlı müdafiəçi çempionatda mövsümün başa çatmasına az qaldığını xatırladıb: "Biz futbolçular üçün bu çox xoşdur (gülümsəyir). Gərgin oyunlardan sonra istirahətə ehtiyac var. Mövsüm həddindən artıq çətin alındı. Xüsusən də ilk iki dövrədə istədiklərimizi həyata keçirə bilmədik. Qış fasiləsindən sonrakı çıxışımız isə gələcək üçün böyük ümidlər verdi. Fikrimcə, bu mövsüm çempionat bütün klublar üçün daha mübarizəli, rəqabətli alındı. Asan oyunlar olmadı. Turnir cədvəlinin həm aşağı, həm də üst hissəsində gərginlik vardı. Hazırda avrokuboklara düşmək uğrunda yarış davam edir. “Qarabağ”dan sonra qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün komandalar arasında maraqlı mübarizə gedir”.

O, qarşıdakı iki turla bağlı fikirlərini bölüşüb: “Həftəsonu “Zirə” ilə keçirəcəyimiz oyun maraqlı alınacaq. Ümumiyyətlə, bizim onlarla matçlarımız həmişə gərgin keçir. “Neftçi”yə məğlubiyyəti unutdurmalıyıq. “Turan Tovuz” ilə görüşə gəlincə, bu, derbidir. Nəticə qazanmaq üçün xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, XXIV turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşan "Kəpəz" Azərbaycan Premyer Liqasında yerini qoruyub.

Futbol
“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

Futbol
Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir