II Liqa çempionunun rəsmisi: Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istəyirik

II Liqa çempionunun rəsmisi: Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istəyirik

⁠Hədəfimiz böyükdür. I Liqanın qalib olub, Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istəyirik.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan II Liqasında çempion olan "Baku Sportinq" klubunun icraçı direktoru Hüseyn Rzayev deyib.

Klub rəsmisi komandanın çempionluğundan və gələcəklə bağlı planlarından danışıb: "Yeddi il AFFA-nın aşağı yaş qrupları üzrə yarışlarında çıxış etmişik. Daha sonra yeni yaradılan Azərbaycan II Liqasında mübarizə aparıb, çempion olmaq çox qürurvericidir. Biz Azərbaycan futbolunda yeni cığırın təməlini qoyduq. 2018-ci ildə kiçik dəhlizdən böyük yaşıl meydanlara qədər gəlib çıxdıq. Bu yolda əməyi keçən hər kəsə minnətdaram. ⁠Hədəfimiz böyükdür. I Liqanın qalib olub, Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istəyirik. Amma unutmamlıyıq ki, I Liqanın səviyyəsi fərqlidi və orda çox güclü komandalar olacaq. Bütün bunlara baxmayaraq, biz rəqabətə hazırıq. Komandamızı da buna uyğun formalaşdıracağıq".

O, I Liqada heyətə legioner futbolçular qata biləcəklərini söyləyib: "Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Təbii ki, heyətdə bizə kömək edə biləcək legionerlər də yer ala bilər. Bu, komandanın baş məşqçisinin istəyindən asılı olacaq. İndidən nəzərdə tutduğumuz oyunçular var. Mövsüm bitəndən sonra onlarla danışıqlara başlayacağıq".

H.Rzayev yeni mövsümdən oyunlarını Buzovna qəsəbə stadionuda keçirəcəklərini bildirib: "Bu stadionun yenidən “həyata qaytarılması” ilk dəfə olaraq ölkə futbolunda dövlət-özəl tərəfdaşlıq layihəsi çərçivəsində baş tutub. Əsas məqsədlərimizdən biri Buzovna mərkəz olmaqla, Bakıətrafı kənd və qəsəbələrdə futbolu yenidən dirçəltməkdir. Stadionumuzda bütün lazımi şəraiti yaratmışıq. Gələcəklə bağlı da planlarımız var. Buzovna qəsəbə stadionunu klubumuzun maddi-texniki bazası kimi inkişaf etdirəcəyik. Hazırda təbii örtüklü əsas meydanla yanaşı, iki köməkçi meydan da istifadəyə verilib. Daha üç ehtiyat meydan salmağı planlaşdırmışıq. Gələcəkdə akademiyamızın da Buzovnaya köçürülməsini təmin edəcəyik".

Qeyd edək ki, II Liqanın XXV turunda “Dinamo”ya qalib gələn (4:2) "Baku Sportinq" xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.

Futbol
Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun çimərlik futbolu referisinə tapşırılıb

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun çimərlik futbolu referisinə tapşırılıb

Futbol
"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm""

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm""

Futbol
İspaniya millisində qalmaqal: 15 futbolçu yığmadan imtina edir

İspaniya millisində qalmaqal: 15 futbolçu yığmadan imtina edir

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib