Qadınlar arasında dünya çempionatının keçiriləcəyi ölkə bəlli olub
2027-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
"Report" xəbər verir ki, turnir Braziliyada təşkil olunacaq.
Qərar FIFA-nın Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü Konqresində qəbul olunub.
Belçika, Niderland və Almaniya da yarışa birlikdə ev sahibliyi etmək istəyirdi. Meksika və ABŞ isə aprelin sonunda birgə ərizələrini geri götürüblər.
Qeyd edək ki, 2023-cü ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında İspaniya millisi qızıl medal qazanıb.

https://qalaba.az//uploads/photo/qadinlar-arasinda-dunya-chempionatinin-kechirileceyi-olke-belli-olub.webp











