Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək.
ARAF-dan “QELEBE.AZ”a verilən məlumata görə, yarışda milli atlardan istifadə olunacaq.
Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şousudur. Oyunlara giriş sərbəst olacaq. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı görüş gözləyir.
Qeyd edək ki, çempionatın açılış mərasimi mayın 21-də, saat 14:00-da Binə Atçılıq Mərkəzində baş tutacaq.

https://qalaba.az//uploads/photo/peshekar-chovken-liqasinda-10-komanda-mubarize-aparacaq.webp











