Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da çempionluq kəməri qazanıb

Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da çempionluq kəməri qazanıb

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Night of Champions” yarışında gecənin əsas döyüşündə qalib gələrək çempionluq kəməri qazanıb.

“QELEBE.AZ”un ABŞ bürosu xəbər verir ki, yarış UFC-də ("Ultimate Fighting Championship") iştirak etmək üçün idmançılara vəsiqə verən Kaliforniyanın bir nömrəli döyüş təşkilatı olan “A1 Combat” tərəfindən təşkil olunub.

Belə ki, 29 yaşlı həmyerlimiz gecənin əsas yarışında 75 kq çəki dərəcəsində ilk raundda rəqibini nokauta göndərib. O, yarışda 9 döyüşü qələbə ilə başa vuran yerli tanınmış döyüşçü Sinjen Smitə (Sinjen Smith) qalib gəlib.

Mirəli Hüseynov qələbəsini arenada Azərbaycanın üçrəngli bayrağına bürünərək qeyd edib.

O, “QELEBE.AZ”a müsahibəsində bildirib ki, bu qalibiyyət ona “UFC”nin qapılarını açacaq: “Hədəfim “UFC”də Azərbaycanı təmsil etmək, ölkəmizin gücünü dünyaya göstərməkdir. Artıq bununla bağlı danışıqlar gedir və bir neçə gün içində “UFC”də iştirakımla bağlı bizə məlumat veriləcək”.

Qeyd edək ki, M.Hüseynov iki ildir Kaliforniyada “America Kickboxing Academy”də yarışlara hazırlaşır. O, bu ilin fevral ayında “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb.

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

Fərdi
MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb