Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

"Qarabağ"la səfərdə oynamaq çox çətindir".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis futbolçuların sonadək vuruşduğunu bildirib: "Belə matçlar inkişafımız üçün lazımdır. Bir çox gənc oyunçularımız 90 dəqiqəni yaşamalıdırlar. Qarşıda çətin görüşlər gəlir. Bəzi mövqelərdə çətinliklər var. Qışadək dözmək lazımdır".

Abbasov futbolçuların belə qarşılaşmalarda inkişaf edəcəyini diqqətə çatdırıb: “Qarabağ”ın indi Avropada qarşısına çıxan yoxdur. Verdiyimiz qərarların səhv olduğunu düşünmürük. Erkən buraxdığımız qolda fərdi səhv oldu. Orta sahədə top itirmək olmaz. Ehtiyatsız yanlış ötürmə Ovusu Kvabenanı qapıçı ilə üzbəüz qoydu. Bilirik ki, “Qarabağ” öz meydanında ilk dəqiqələrdən pressinq edir. Təəssüf ki, erkən qol buraxdıq. Futbolçuları komandaya dəvət edəndə də bizi hansı çətinliklərin gözlədiyini bilirdik. İnanıram ki, bu oyunlar bizə dərs olacaq. İtirəcəyimiz bir şey də yoxdur. Komanda qurmaq istəyirik. “Turan Tovuz”dan hansısa böyük gözləntilər varsa, yanlış olar. Bölgə klubunu çempionata uyğunlaşdırmağa, belə rəqiblərlə mübarizə aparmağa vaxt lazımdır. Bəzi oyunçularımız öz klublarında oynamırdılar, onları qazanmışıq.

Baş məşqçi "Qarabağ"ın gücünün hamıya bəlli olduğunu diqqətə çatdırıb: "Rəqib bu heyətlə çempionatda ikinci oyununa çıxır. Onların iki güclü heyəti var. Ehtiyatda olan futbolçuları digər komandalarda çempionluğa oynayar. “Qarabağ” son illərin ən güclü oyununu göstərir və ən yaxşı heyətinə malikdir. Digər iddialılar da var. Amma onların “Qarabağ”la nə dərəcədə yarışacaqlarını zaman göstərəcək".

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Futbol
Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib