Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Beynəlxalq Boks Assosiasiyası (İBA) yeni reytinq cədvəlini açıqlayıb.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə açıqlanan siyahıda Azərbaycanın 7 boksçusu yer alıb.

Milli komandanın heyətində ən yaxşı nəticə dünya çempionu, Avropa Oyunlarının qalibi, Tokio Olimpiadasının bürünc medalçısı Alfonso Dominqesə məxsusdur. O, 86 kq çəki dərəcəsində dünyanın ikinci ən güclü boksçusudur. Dominqesin aktivində 2000 xalı var.

Yığma üzvü çəkisi 80 kq çəki dərəcəsində olan idmançıların reytinqində də yer alıb. Olimpiya Oyunlarında bürünc medalı 81 kq-da qazanan milli üzvü bu siyahıda 1300 xalla 4-cü pillədə qərarlaşıb.

Dünya çempionatında 3-cü yeri tutan Sərxan Əliyev (71 kq) də öz çəki dərəcəsində 4-cü yerdədir. O, 1300 xala malikdir. Mindialın digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) komanda yoldaşı ilə eyni xala sahibdir və 7-ci pillədədir. O, bu yeri qazaxıstanlı Kamşibek Kunkabayevla birgə bölüşür.

Digər boksçularımızdan Məsud Yusifzadə (51 kq, 1000 xal) 11-ci, Mirşərif Kazımzadə (75 kq, 300) 34-cü, Rauf Rəhimov (92 kq, 100) 41-ci və Ümid Rüstəmov (57 kq, 100) 54-cü yerə şərikdir.

Siyahıda ümumilikdə 120 ölkə yer alıb. Azərbaycan komanda olaraq bu siyahıda 30-cu pilləni tutur və aktivində 7400 xalı var. Cədvələ isə 34950 xalla ABŞ başçılıq edir.

Qeyd edək ki, İBA-da reytinq cədvəli uzun müddətdən sonra bərpa olunub.

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Avropa çempionatının finalçısı mərhələ adlayıb

Avropa çempionatının finalçısı mərhələ adlayıb

Döyüş növləri
Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Döyüş növləri
Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Döyüş növləri
Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Döyüş növləri
Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib