PSJ Fransa, “Bayer” Almaniya Kubokunu qazanıb

PSJ Fransa,  “Bayer” Almaniya Kubokunu qazanıb

PSJ “Lion"u məğlub edərək Fransa Kubokunu qazanıb.

“Report” xəbər verir ki, Villnyov-d Ask şəhərindəki "Pyer-Morua" stadionunda keçirilən görüş Luis Enrikenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paris klubu hesabı 22-ci dəqiqədə açıb, Nuna Mendeşin ötürmə etdiyi Usman Dembele fərqlənib. Qarşılaşmada həmçinin 12 dəqiqə sonra Fabian Ruis, rəqib komandadan isə Ceyk O Brayen fərqləniblər.

Qeyd edək ki, "PSJ" nin hücumçusu Kilian Mbappe 2023/24-cü illər mövsümünü başa vurduqdan sonra Paris komandasını tərk edəcək.

PSJ Fransa çempionatını da qazandı. 34 turda Paris komandası rəqiblərinə titul şansı vermədən 76 xal toplayıb. Komandanı ən yaxın təqibçisi "Monako"dan 9 xal ayırır.

Bundan əvvəl isə “Bayer” finalda “Kayzerslautern”i məğlub edərək Almaniya Kubokunun qalibi olub.

Qarşılaşma “Olimpiaştadion stadionunda (Berlin) baş tutub. “Bayer” minimal hesablı 1:0 hesabı ilə qalib gələrək Almaniya kubokunun sahibi olub.

16-cı dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Qranit Xaka dəqiq zərbə ilə qola imza atıb.

“Bayer” üçün bu, klubun tarixində ikinci ölkə Kubokudur. Klub kuboku bundan əvvəl 1992/1993-cü illər mövsümündə qazanmışdı.

Cari mövsüm Almaniya çempionu olan “Bayer” Avropa Liqasının finalına yüksəlib və burada İtaliya “Atalanta”sına 0:3 hesabı ilə uduzub.

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"