Millinin baş məşqçisi: Ən güclü komandalardan biri Azərbaycandır

Millinin baş məşqçisi: Ən güclü komandalardan biri Azərbaycandır

Ən güclü komandalardan biri Azərbaycandır.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev yığmanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis iyunun 1-dən 8-nə kimi keçiriləcək Avropa çempionatı barədə fikirlərini bölüşüb: “Bütün diqqətlər bizim üzərimizdə olacaq. Hədəfimiz ən azı finala çıxmaqdır. Güclü komandalarla eyni qrupa düşmüşük. Xatırlatmaq istəyirəm ki, biz də dünya reytinqində ikinci sırada qərarlaşmışıq. Ən güclü komandalardan biri Azərbaycandır. İtkisiz qrupu uğurla başa vurmaq istəyirik. Qrupdakı çıxışlarımızdan sonra necə mübarizə aparacağımız görünəcək”.

47 yaşlı çalışdırıcı millinin hazırlıq prosesi barədə danışıb: “İki aydır Avropa çempionatına hazırlaşırıq. Bu müddət ərzində çempionat matçları olduğu üçün məşqləri fasilələrlə edirdik. Hər şey qaydasındadır. Komanda yaxşı vəziyyətdədir. Sabah Bakıdakı sonuncu məşqimiz olacaq. Qarşıda bizi çətin oyunlar gözləyir. İnşallah, hazırlıqlarımızın bəhrəsini görəcəyik”.

E.Quliyev Avropa çempionatındakı rəqiblərdən bəzilərini təhlil etdiklərini bildirib: “Fransa və İtaliya yığmalarını təhlil etmişik, çox təcrübəli komandalardır. Amma zəif tərəfləri də var. Bizim millimiz daha sürətli və texnikalıdır”.

Futbol
Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Futbol
Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib