Azərbaycan millisinin qapıçısı: İnanıram ki, Avropa çempionatında hamıdan güclü biz olacağıq

Azərbaycan millisinin qapıçısı: İnanıram ki, Avropa çempionatında hamıdan güclü biz olacağıq

İnanıram ki, Avropa çempionatında hamıdan güclü biz olacağıq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın minifutbol yığmasının qapıçısı Davud Kərimi deyib.

O, Avropa çempionatında nəticə qazanmaq üçün hər cür şərait yaradıldığını söyləyib: “Ab-hava çox yaxşıdır, mehriban komandayıq. Yarışa nə üçün getdiyimizi bilirik. Çox ciddi hazırlaşırıq. Avropa çempionatında nəticə qazanmaq üçün bizə lazımi şərait yaradılıb”.

D.Kərimi əsas rəqiblərin adlarını açıqlayıb: “Qrupdakı rəqibləri tanıyırıq. Fransa və İtaliyanı görmüşük. Avropa çempionatında əsas rəqiblərimizdən biri Rumıniyadır. Baş məşqçimiz Elşad Quliyev rəqibləri təhlil edir. Komandalarda çox dəyişikliklər var. Məsələn, ötən ilə baxanda Slovakiya çox güclənib. Avropa Minifutbol Federasiyasının prezidenti də slovakiyalıdır. O, futbola çox önəm verir. Onlar artıq peşəkar mərhələdədirlər və Avropa çempionatına yaxşı hazırlaşırlar. Fikrimiz ancaq oyunlara yönəlib. Azərbaycandan başqa favorit Rumıniya, Slovakiya və Çexiyadır. Bolqarıstan da yaxşı komandadır”.

Son Avropa çempionatında ən yaxşı qapıçı mükafatına layiq görülən D.Kərimi komandanın çempionluğu qazanmasının daha önəmli olduğunu vurğulayıb: “Elşad müəllim nə qədər etimad göstərsə, çalışacağam ki, yenidən Avropada ən yaxşı qapıçı seçilim. Amma mənim üçün çempionluq daha vacibdir. Mən fərdi mükafatı qazanmayım, ancaq birlikdə çempion olaq”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-dən 8-nə kimi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib