Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Zərdab rayon mərkəzi stadionu sanki unudulmuş, yaddan çıxmış və istismar müddəti bitmiş haldadır. Sakinlər bu idman ocağından istifadə edə bilmirlər.

"QELEBE.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1500 tamaşaçı tutumuna malik, 3 hektara yaxın ərazisi olan stadionun vəziyyəti acınacaqlı haldadır.

Rayon mərkəzində yeganə olan stadion ötən əsrin 90-cı illərində istifadəyə verilib və bu müddət ərzində ancaq bir neçə dəfə yüngül təmir olunub.

İdman ocağı ötən 30 il ərzində bir dəfə də olsun əsaslı təmir olunmadığından tribunalar istifadəyə yararsız, meydança isə şoranlıq ərazidə yerləşdiyindən toz içindədir.

Sakinlər bildiriblər ki, rayondaxili bütün futbol turnirləri uzun illər boyu bu stadionda keçirilib. Onların sözlərinə görə, əvvəllər burada vəziyyət nisbətən yaxşı olub, torpağın şoranlığı o qədər də özünü büruzə verməyib. Amma son illər havanın quraqlıq keçməsi vəziyyəti bir qədər qəlizləşdirib. Artıq tozdan futbol oynamaq mümkün olmur.

Qonşu rayonlarda standartlara uyğun, şəraiti olan stadionlar olsa da, həmin rayonlara getmək vaxt itkisinə səbəb olur. Eyni zamanda maddi tərəfdən də sərfəli deyil.

Sakinlər digər rayonlarda olduğu kimi, Zərdabda da yeni ot örtüklü və idmanla məşğul olmaq üçün hər cür şəraiti olan meydanın tikilməsini və ya mövcud stadionun əsaslı təmir olmasını istəyirlər.

Məsələ ilə bağlı Zərdab rayon Gənclər və İdman idarəsindən bildirilib ki, adıçəkilən arena nazirliyin diqqətindədir, həmin stadion layihələndirilib və gələcəkdə əsaslı təmir olunması nəzərdə tutulur.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev isə “QELEBE.AZ”un yerli bürosuna açıqlamasında qeyd edib ki, Zərdab rayonunda İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin, o cümlədən, qeyd edilən stadionun təmiri məsələsi növbəti illərin proqramlarına daxil edilməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilib.

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
Ronaldu və Messi şahmat taxtası arxasında qarşılaşıblar

Ronaldu və Messi şahmat taxtası arxasında qarşılaşıblar

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"