Vitali Borisov: İspaniya, Portuqaliya, Qazaxıstan ilə qarşılaşmaq istəməzdim, bəxtimiz gətirdi

Vitali Borisov: İspaniya, Portuqaliya, Qazaxıstan ilə qarşılaşmaq istəməzdim, bəxtimiz gətirdi

İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi.

"Report" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsinin püşkü barədə danışarkən deyib.

Mütəxəssis bu gün istənilən komandanın digərinə müqavimət göstərməyi bacardığını bildirib: “Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü. Düzdür, ondan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onlarda futzal son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək".

Baş məşqçi hər şeyin onlardan asılı olduğunu vurğulayıb: "Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güclü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq. Təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güclü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində V qrupda İsveç, Yunanıstan və Xorvatiya ilə üz-üzə gələcək. Turnirin final mərhələsi Latviya və Litvada təşkil olunacaq.

Futbol
Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Futbol
"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Futbol
PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

Futbol
Oliver Birhoff Almaniya millisindən istefa verib

Oliver Birhoff Almaniya millisindən istefa verib

Futbol
AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib