Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindir

Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindir

Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindir.

“QELEBE.AZ” Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın üzvü Andrey Melnikov deyib.

Yığmamızın hücumçusu Qızıl Avropa Liqasında qarşılaşacaqları Estoniya matçı barədə danışıb: "Turnirlə bağlı hansısa məqsədlərdən danışmaq çətindir. Bacardığımız qədər yaxşı oyun göstərmək istəyirik. Əlbəttə ki, qələbə ilə geri dönməyi arzu edirik, lakin obyektiv baxmaq lazımdı, bizə çox çətin olacaq. Çünki Estoniya komandasındakı oyunçular güclü klublarda çıxış edirlər. Maksimum dərəcədə çalışıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik".

A.Melnikov ilk iki turda üz-üzə gəldikləri rəqib komandalarla bağlı fikirlərini bölüşüb: "İlk iki tur çox çətin oldu. Qarşılaşdığımız komandalar yüksək səviyyəli oyun sərgilədilər. Rəqibin heyətindəki voleybolçular uzun müddətdir bir yerdə oynadıqları üçün çox yaxşı anlaşırlar. Həmçinin rəqiblərimiz neçə illərdir ki, beynəlxalq turnirlərdə çıxış ediblər".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında Belçika, Ukrayna və Rumıniya komandaları ilə görüşlərdə 0:3 hesabı ilə məğlub olublar.

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb