"Barselona"nın yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçə bilər
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Rafinya Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.
"QELEBE.AZ" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, adı açıqlanmayan klub 31 yaşlı braziliyalı futbolçu üçün 100 milyon avro xərcləməyə hazırdır.
Lakin fRafinyanın "Barselona"da qalmaq və çempionatı dəyişmək istəmədiyi bildirilib.
Qeyd edək ki, 2022-ci ildən kataloniyalıların heyətində çıxış edən braziliyalı ötən mövsüm meydana çıxdığı 37 matçda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir.

https://qalaba.az//uploads/photo/barselonanin-yarimmudafiechisi-seudiyye-erebistani-klubuna-keche-biler.webp











