Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

"Bizdə futbola pul ayıran şirkətlər yoxdur. Məsələn, "Kəpəz" bu gün küçədə qalıb".

Bunu "Report"a müsahibəsində Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

O bildirib ki, "Kəpəz"in futbolçularının qalmağa, məşq etməyə normal yerləri yoxdur: "Yəqin, "Neftçi" ilə oyunu izlədiniz. Gördünüz, nə qədər azarkeşi var? Bu gün Azərbaycan çempionatında belə azarkeş kütləsi olan komanda yoxdur. Gəncə ölkənin ikinci böyük şəhəridir. Gözəl aeroportu, dəmiryol vağzalı var. Bir dənə stadion qalıb, onu da tikmək lazımdır. Şəhərə layiq arena olmalıdır. Orada super komanda yaratmaq olar. Bu şəhərdən yaxşı uşaqlar çıxır. Bizim vaxtımızda "Neftçi"nin oyunçularının yarısı Gəncədən idi. Bu torpaqda nəsə var, futbolçu yetişir. Gəncə futbolunu inkişaf etdirmək, orada yaxşı işlər görmək lazımdır".

Gəncə futbolunun kuratoru olan Cavadov bu vəzifəyə təyinatından da söz açıb: "O vaxt Elxan Məmmədov məndən xahiş etdi ki, orada sabitlik yaradım. Çətinlik var idi. Komandanı dirçəltmək lazım idi. Şəhər rəhbərliyi ilə görüşdüm. Amma maliyyə tərəfdən heç nə olmadı. Dediyim kimi, hazırda "Kəpəz"in futbolçuları evsizdir. Yatmağa, məşq etməyə yerləri, avtobusları yoxdur. O vaxt bizi 2 gün əvvəldən bazaya yığırdılar, məşq edirdik. İndi isə "Kəpəz"in şəraiti sıfırdır. Bu komandadan nə gözləmək olar? Şəhərin futbolunu dirçəltmək lazımdır. İcra başçısından da xahiş etdim. Dedilər ki, planda belə bir şey var. Bir müddət öncə gənclər və idman naziri Fərid Qayıbov Gəncəyə gəlmişdi. O da vəziyyətlə tanış oldu. Avropada 20-22 komandada ilk 8-i nisbətən varlı olur. Onların arasında girmək qeyri-mümkündür. Digər klublarda isə daha çox yerli futbolçulardır. Həmin oyunçular da imkanlı kollektivlərə düşmək üçün onlarla matçlarda özlərini ən yaxşı tərəfdən göstərirlər. Bizdə isə komanda sayı azdır. I Divizionda da problemlər var. Lazımi şəraiti yaratmaq lazımdır".

İsgəndər Cavadovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"