AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, toplantıya sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ”yə dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub.

AFFA İcraiyyə Komitəsinin üzvləri I və II Liqada mövcud vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması barədə qərar verilib. Müvafiq yaş qrupları üzrə yığmaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.
Elxan Abdullayev - U-19
Füzuli Məmmədov - U-18
İlham Yadullayev - U-17
Aqil Nəbiyev - U-16

İcraiyyə Komitəsində Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ də müzakirə olunub və növbəti günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Futbol
Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Futbol
Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Futbol
Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb