Azərbaycan minifutbol millisinin üzvü: Avropa çempionatında sonadək vuruşmalıyıq
Sonadək vuruşmalıyıq. Bu il də Avropa çempionu olmaq istəyirik.
Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Ramiz Çovdarov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yarışla bağlı danışarkən deyib.
Oyunçu F qrupunu 9 xalla birinci pillədə başa vurmalarına toxunub: "Bunun üçün çalışırdıq. Artıq fikrimizi 1/8 final matçına yönəltmişik. Ancaq irəli baxmaq lazımdır. Rəqibin hansı komanda olmasının bizim üçün fərqi yoxdur".
Qeyd edək ki, yığma 1/8 finalda bu gün Bolqarıstanla qarşılaşacaq. Oyunun start fiti saat 19:30-da səsləndiriləcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-minifutbol-millisinin-uzvu-avropa-chempionatinda-sonadek-vurushmaliyiq.webp











