"Şimal" klubunun prezidenti: Azərbaycanı UEFA Regionlar Kubokunda ən yaxşı şəkildə təmsil etmək istəyirik

"Şimal" klubunun prezidenti: Azərbaycanı UEFA Regionlar Kubokunda ən yaxşı şəkildə təmsil etmək istəyirik

Ölkəmizi UEFA Regionlar Kubokunda ən yaxşı şəkildə təmsil etmək istəyirik.

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA Region Liqasının son mövsümünün qalibi olan “Şimal” klubunun prezidenti Qılman İbrahimov deyib.

Ölkəmizi UEFA Regionlar Kubokunda təmsil edəcək Xaçmaz klubunun rəhbəri uğurlu çıxışla yadda qalmaq istədiklərini bildirib: "İki ildən bir keçirilən yarışda daha əvvəl "Cəbrayıl" çıxış etmişdi. Bu dəfə bizim bəxtimizə düşüb. Hazırlıqlarımız adi qaydada davam edir. Biz həvəskar futbolçulardan qurulmuş komandayıq. Heyətin əksər üzvləri dövlət müəssisələrində çalışır və istədiyimiz vaxt, istədiyimiz saatda bir araya toplaşmaq alınmır. Bununla belə, futbolçular formada qala bilmək üçün çalışırlar ki, tez-tez məşqlər etsinlər. AFFA Region Liqasında qalib olmaqla yarıhəvəskar, yarıpeşəkar II Liqaya vəsiqə qazandıq. Çalışacağıq ki, Region Liqasında çempion olmağımızda bizə kömək göstərən futbolçulara şans verək".

Qeyd edək ki, UEFA Regionlar Kuboku 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq. Mübarizəyə ilkin mərhələdən başlayacaq "Şimal" B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri isə oktyabrın 21-27-də İsveçrədə keçiriləcək.

Futbol
Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Futbol
DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

Futbol
"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

Futbol
"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Futbol
DÇ-2022: Uels - İran oyunu başlayıb

DÇ-2022: Uels - İran oyunu başlayıb

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb