Azərbaycan amputant millisinin futbolçusu: Avropa çempionatında bəxtimiz gətirmədi

Azərbaycan amputant millisinin futbolçusu: Avropa çempionatında bəxtimiz gətirmədi

Dəfələrlə bəxtimiz gətirmədi, ani hücumda qol buraxdıq.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycanın amputant millisinin futbolçusu Fərhad Eyyubov Fransanın Evian şəhərində keçirilən Avropa çempionatında komandanın çıxışını dəyərləndirərkən deyib.

O, İrlandiya yığması ilə ilk oyunda məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “İrlandiya ilə ən azı heç-heçə edə bilərdik. Son dünya və Avropa çempionu Türkiyə ilə isə açıq oyun getdi. Sona qədər mübarizə apardıq. Lakin futbolda belə hesablar olur. Üçüncü oyunda İsrailə qalib gəlməyə çalışsaq da, görüş heç-heçə bitdi”.

Milli üzvü qarşıda üç oyun olduğunu vurğulayıb: “Növbəti rəqibimiz Yunanıstandır. Qələbə qazansaq, İsrail - Şotlandiya görüşünün qalibi ilə oynayacağıq. Məğlub tərəflər də bir-biri ilə görüşəcəklər. Qrup mərhələsindən gələn 4 komanda da eyni şəkildə qarşılaşacaq. Daha sonra ümumi olaraq yenə qaliblər qaliblərlə, məğlublar isə digər məğlublarla üz-üzə gələcək”.

F.Eyyubov qarşıdakı oyunlarla bağlı fikirlərini də bölüşüb: “Bundan sonra məqsədimiz reytinq cədvəlində vəziyyəti düzəltməkdir. Biz reytinqə görə 16 komanda arasında 15-ci idik. Qarşıdakı oyunlarda maksimum nəticə qazanıb reytinqimizi yüksəltmək istəyirik. Yeni yaranmış komandayıq və ən güclülərin yarışdığı Avropa çempioantında ilk dəfədir iştirak edirik. Sona qədər əlimizdən gələni edəcəyik. Gücümüz, istəyimiz çoxdur, sadəcə, təcrübəmiz azdır”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzub, İsraillə (1:1) heç-heçə edib.

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

Futbol
Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"