“Səbail”dən ayrılan futbolçu: Büdcənin azaldılması avtomatik olaraq maaşlara da təsir edəcəkdi

“Səbail”dən ayrılan futbolçu: Büdcənin azaldılması avtomatik olaraq maaşlara da təsir edəcəkdi

Mən rəhbərliklə, ümumiyyətlə, pul barədə söhbət etmədim. Çünki büdcənin azaldılması avtomatik olaraq maaşlara da təsir edəcəkdi.

Bunu “QELEBE.AZ”a açıqlamasında bir neçə gün öncə “Səbail”dən ayrılan müdafiəçi Adil Nağıyev deyib.

Komandanın sabiq vitse-kapitanı rəhbərlik və məşqçilərlə məsləhətləşib: “Klub rəhbərliyi və məşqçilər heyəti ilə məsləhətləşdikdən sonra belə qərara gəldim. Sponsor büdcənin azalacağını bildirib. Razı olanlar komandada qalacaq, olmayanlar gedəcək”.

“Səbail” rəhbərliyindən yeni təklif almadığını deyən 28 yaşlı müdafiəçi komandanın 2023/2024 mövsümündəki çıxışını dəyərləndirib: “Komandanın heyətinin 99 faizi dəyişmişdi. İlk turlarda yaxşı çıxış etdik. Sadəcə, sabitlik çatmadı. Sona yaxın xallar itirməyə başladıq. Bəzən bəxtsizlik, bəzən də çətinlik oldu. Legionerlərimiz də keyfiyyətli idi. Əsas oyunçularımızdan Ağabala Ramazanov ağır zədələnmişdi. Qışda gələn futbolçular da pis deyildilər. Onların yeni ölkəyə uyğunlaşması üçün vaxt lazım idi. “Səbail” klubu son illərdə daim turnir cədvəlinin axırıncı pillələrində qərarlaşırdı. Ancaq bu il yaxşı çıxış etdik”.

Futbolçu yaxın günlərdə hansı kluba keçəcəyi ilə bağlı qərar verəcəyini deyib: “Təkliflər var, hələ düşünürəm. Gələn həftə qərarımı verəcəyəm. Xaricə getmək haqqında fikirləşməmişəm. Menecerlərdən təkliflər gəlsə, baxacağam”.

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Futbol
FIFA Almaniya millisi barədə qərarını verib

FIFA Almaniya millisi barədə qərarını verib

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub

Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"