Azərbaycan Minifutbol Federasiyasının rəsmisi: Təcrübəli futbolçuların penaltini vurmaqdan ehtiyat etməsi bizi üzdü

Azərbaycan Minifutbol Federasiyasının rəsmisi: Təcrübəli futbolçuların penaltini vurmaqdan ehtiyat etməsi bizi üzdü

Bir neçə təcrübəli futbolçumuzun son anda penaltini vurmağa ehtiyat etməsi, topu götürüb həmin nöqtəyə getməməsi bizi bir az məyus etdi.

Bunu "Report"a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov Bosniya və Herseqovinada keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstan yığmasına məğlubiyyət barədə danışarkən deyib.

Qurum rəsmisi yığma üzvlərindən Müseyib Vəliyevin penaltini qaçırdığını xatırladıb: "O, komanda yoldaşlarından soruşdu, heç kim topa yaxınlaşmağa cürət etmədi. Müseyib də ən azından hünər göstərdi, məsuliyyəti üzərinə götürdü. Özü də dəqiq zərbə vurmaq istəyərdi. Məşhur futbolçular da bəzən penaltilər qaçırır. Hazırda üzgün və məyusuq. Çempionatı bu mərhələdə başa vuracağımızı düşünmürdük. Ən azından yarımfinalda oynamağı planlaşdırırdıq".

Baş katib Qazaxıstan millisi ilə qarşılaşmanın Avropa çempionatında ən ağır oyun olduğunu bildirib: "Bizə tanış rəqib idi. Ötən il dünya çempionatının yarımfinalında qarşılaşmışdıq, qalib gələ bilməmişdik. Bu dəfə əvəz çıxmağı çox istəyirdik. Matçdan əvvəl rəqib təhlil olunmuşdu, oyunçulara lazım olan tapşırıqlar verilmişdi. Amma görünən odur ki, onlar da bizi yaxşı təhlil ediblər. Qazaxıstan yığması sıx müdafiə futbolu oynadı. Hətta bəzən bizim futbolçularımız onlara mərkəzi keçmək üçün imkan yaradırdılar. Rəqib isə müdafiə olunurdu və nadir hallarda hücuma keçirdi. Hər iki kollektivin az da olsa, qol şansları oldu. Meydançada bərabər səviyyədə oyun gedirdi. Bu oyunla qələbəyə layiq olmaya bilərik. Amma 100 faiz məğlubiyyətə də layiq deyildik".

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda Bolqarıstanı üstələyən (3:1) Elşad Quliyevin yetirmələri 1/4 finalda Qazaxıstanla qolsuz başa çatan oyunun penalti seriyasında uduzub - 6:7.

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
Laurentsiu Regekampf: “Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır”

Laurentsiu Regekampf: “Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır”

Futbol
ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

Futbol
Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Futbol
Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Futbol
Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
Mahir Emrelinin səhhətində problem yaranıb

Mahir Emrelinin səhhətində problem yaranıb