"Qarabağ"ın yeni qapıçısı: peşəkar karyerasına altı il əvvəl başlayan Buntiç qol da vurub - ARAŞDIRMA

"Qarabağ"ın yeni qapıçısı: peşəkar karyerasına altı il əvvəl başlayan Buntiç qol da vurub - ARAŞDIRMA

"Qarabağ"ın heyətinə qatdığı qapıçı Fabiyan Buntiç peşəkar karyerasında ilk matçına 2018-ci ildə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, hazırda 27 yaşı olan qolkiper həmin vaxt "İnqolştadt" klubunun heyətində Almaniya II Bundesliqasında "Hamburq"a uduzduqları (1:2) matçda debüt edib.

1997-ci ildə Almaniyada dünyaya gələn Xorvatiya əsilli oyunçu 2013-cü ildə "Ştuttqart"ın U-19 kollektivinə cəlb olunub. O, 2015/2016 mövsümündə bu klubun III Bundesliqada çıxış edən ikinci komandasında yer alsa da, rəsmi matçda meydana çıxmayıb. Buntiç məhz bundan sonra "İnqolştadt"a keçib və 2016/2017 mövsümündə əvəzedici komanda ilə Regional Liqada 25 qarşılaşmanın iştirakçısı olub. "Çərçivə qoruyucusu" həmin vaxt Bundesliqada əsas komandanın da heyətinə cəlb olunub. O, 2016-cı ildə "Herta"ya uduzduqları matçı ehtiyat oyunçular skamyasından izləyib.

Oyunçu 2022-ci ilədək Almaniyada Regional Liqa, II Bundesliqa və III Bundesliqada mübarizə aparıb. Onun karyerasında bir rəsmi qolu da var. Buntiç 2021-ci il fevralın 6-da III Bundesliqada "Viktoriya" (Köln) ilə matçın 90+3-cü dəqiqəsində fərqlənib. Bir dəqiqə sonra isə onun komanda yoldaşı Ginola Elva qələbə qolunu vurub - 2:1.

Futbolçu 2022-ci ilin yayında Portuqaliyanın "Vizela" klubuna keçib və ilk mövsümdə 33 matçda ilk "11-lik"də yer alıb. Qolkiper başa çatan mövsümdə 28 qarşılaşmada start heyətində meydana çıxıb. Komanda mövsümü 26 xalla 17-ci sırada bitirib və aşağı liqaya düşüb.

Qapıçı Xorvatiyanın U-18 millisində 7, U-19 yığmasında 6 görüşdə "çərçivə"ni qoruyub.

Qeyd edək ki, ötən gün Fabiyan Buntiçin keçidini açıqlayan "Qarabağ" onunla 3 illik müqavilə imzalayıb.

Futbol
"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”