ATF rəsmisi: İstəyirəm gender bərabərliyi baxımından Azərbaycanda digər federasiyalara nümunə olaq

ATF rəsmisi: İstəyirəm gender bərabərliyi baxımından Azərbaycanda digər federasiyalara nümunə olaq

İstəyirəm gender bərabərliyi baxımından Azərbaycanda digər federasiyalara nümunə olaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tennis Federasiyasının (ATF) icraçı direktoru Səbirə Abdullayeva Avropa Tennis Assosiasiyanın Gender Bərabərliyi Komitəsinə üzv seçilməsi ilə bağlı danışarkən deyib.

ATF rəsmisi bildirib ki, üzv seçildiyi komitənin məqsədi idmanda gender bərabərliyinin təmin olunmasıdır: “Mən bu işdə yeniyəm, hələ heç bir iclasda iştirak etməmişəm. Adından göründüyü kimi, gender bərabərliyi xanım idmançılara da kişilərlə eyni şəraitin yaradılması üçündür. Komitənin əksər üzvləri xanımlardır. Yalnız bir kişi var, o da Danimarka Tennis Federasiyasını təmsil edir. Komitə çoxdan fəaliyyət göstərir. 4 ildən bir seçkilər olur. Hələ ki, 2028-ci ilə qədər vaxtımız var”.

S.Abdullayeva yeni vəzifəsinin nədən ibarət olduğunu söyləyib: “Komitənin iclaslarında iştirak edəcəm. Bu da yəqin ki, Azərbaycan Tennis Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə olacaq. Hər ölkəyə görə gender bərabərliyi fərqlidir. Bu səbəbdən komitəyə müxtəlif ölkələrdən üzvlər seçirlər. Bildiyimə görə, üzvlər arasında Azərbaycan, Danimarka, Türkiyə, Ermənistan və daha bir neçə ölkənin təmsilçisi yer alır. Təxminən 10-12 ölkə adı var. İclaslarda bildirəcəyimiz fikirlər təhlil edilərək müxtəlif ölkələrə çatdırılacaq ki, gender bərabərliyi üçün çıxış yolları tapılsın. Vəzifədə yeni olduğum üçün pozitiv hal kimi baxıram. Böyük ümidlərim var. Hazırda gender bərabərliyi dünyada ən vacib mövzulardan biridir”.

İcraçı direktor növbəti ildə Azərbaycanda irimiqyaslı bir turnir təşkil olunacağını açıqlayıb: “Qarşıdakı altı ay ərzində Azərbaycanda Asiya ölkələrinin idmançıları arasında turnirlər təşkil etməyi planlaşdırırq. Bilirsiniz ki, Beynəlxalq Tennis Federasiyası tərəfindən 18, Avropa Tennis Assosiasiyasının isə 12, 14, 16 yaşadək idmançılar arasındakı turnirləri Azərbaycanda keçirilirdi. Avqustda ilk dəfə olaraq Azərbaycanda yeniyetmələr arasında Asiya Oyunları keçiriləcək. Sentyabrda isə U-18, C30 və C60 kateqoriyalarında turnirlər təşkil olunacaq. Əlbəttə, milli yarışlar keçirməyə də davam edəcəyik. Mükafat fondu olan turnirlər bu il üçün nəzərdə tutulsa da, gerçəkləşməsi sponsorlara görə ləngiyir. Ancaq növbəti ildə irimiqyaslı, kişilər arasında keçirilən, mükafat fondu olan tennis turnirini Bakıya gətirəcəyik. Ancaq bu barədə indi açıqlama vermək istəmirəm”.

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

Futbol
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Futbol
Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib