AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - YENİLƏNİB - 4
Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə daha bir qol vurulub.
"QELEBE.AZ" xəbər verir ki, Macarıstan millisi buraxılan qollardan birinin əvəzini çıxıb.
Barnabaş Varqa 66-cı dəqiqədə fərqi minimuma endirib - 1:2.
Qarşılaşma davam edir.
Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci hissə başlayıb.
"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma isveçrəlilərin 2:0 üstünlüyü ilə davam edir.
Matç saat 17:00-da start götürüb.
Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.
"QELEBE.AZ" xəbər verir ki, Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna mərləzdən başlamağa məcbur edib.
Bu qol ilk hissənin yekun nəticəsini təyin edib - 0:2.
Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.
"QELEBE.AZ" xəbər verir ki, A qrupunun ikinci oyunda hesab açılıb.
Kvadvo Dua 14-cü dəqiqədə isveçrəliləri hesabda önə çıxarıb.
Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.
Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.
"QELEBE.AZ" xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.
Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

https://qalaba.az//uploads/photo/avro-2024-macaristan-millisi-hesab-arasindaki-ferqi-azaldir-yenilenib-4.webp











