AVRO-2024: Sloveniya - Danimarka matçında ikinci hissə başlayıb - YENİLƏNİB 4
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında ikinci hissə başlayıb.
"QELEBE.AZ" xəbər verir ki, fasilədən sonra Danimarka millisi 1:0 hesabı ilə öndədir.
Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında ilk hissə başa çatıb.
"QELEBE.AZ" xəbər verir ki, Danimarka millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında hesab açılıb.
"QELEBE.AZ" xəbər verir ki, 17-cı dəqiqədə Kristian Eriksen Danimarka millisini hesabda önə çıxarıb.
Görüş davam edir.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
"QELEBE.AZ" xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.
Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.

https://qalaba.az//uploads/photo/avro-2024-sloveniya-danimarka-matchinda-ikinci-hisse-bashlayib-yenilenib-4.webp











