AVRO-2024: Avstriya Polşa millisini məğlub edib - YENİLƏNİB - 7

AVRO-2024: Avstriya Polşa millisini məğlub edib - YENİLƏNİB - 7

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.

Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Pyontek "status kvo"nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç təyin edib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.

21:38

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab arasındakı fərq artıb.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya rəqibinin qapısından üçüncü topu keçirib.

79-cu dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib - 3:1.

21:31

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya yenidən hesabda önə çıxıb - 2:1.

66-cı dəqiqədə Kristof Baumqartner fərqlənib.

21:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda tərəflər hərəyə 1 qol vurublar.

9-cu dəqiqədə Qernot Trauner avstriyalıları hesabda önə keçirib. İlk yarım saatın tamamında isə Kşiştof Piontek "status-kvo"nu bərpa edib.

20:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə ilk hissə başa çatıb

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda tərəflər hərəyə 1 qol vurublar.

9-cu dəqiqədə Qernot Trauner avstriyalıları hesabda önə keçirib. İlk yarım saatın tamamında isə Kşiştof Pyontek "status kvo"nu bərpa edib.

20:34

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab bərabərləşib.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda polşalılar "status kvo"nu bərpa edib..

İlk yarım saatın tamamında Kşiştof Pyontek dəqiq oynayıb.

20:13

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda avstriyalılar hesabda önə çıxıb.

9-cu dəqiqədə Qernot Trauner fərqlənməyi bacarıb.

20:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.

Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.

Futbol
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
İspaniya millisinin yeni baş məşqçisi açıqlanıb

İspaniya millisinin yeni baş məşqçisi açıqlanıb

Futbol
Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır