Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

“Gövhərin çıxışını xüsusi qeyd etmək istəyirəm. Turnir boyunca əsl çempion kimi oynayırdı. Ümid edirdik ki, o, sonda qalib olacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov gənclər arasında dünya çempionatının qalibləri olan Abdulla Qədimbəyli və Gövhər Beydullayevanı hava limanında qarşılama mərasimində deyib.

O, 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı ən mötəbər turnirlərdən biri olduğunu bildirib: “1951-ci ildən bəri keçirilən bu yarışda bir qayda olaraq gələcək dünya çempionları iştirak edirlər. Boris Spasski, Vişvanatan Anand, Anatoli Karpov kimi şahmatçılar gənclər arasında dünya çempionatlarındakı çıxışları ilə tanınıblar”.

Faiq Həsənov qeyd edib ki, bu yarışda qalib gələn idmançının titulundan asılı olmayaraq, ona Beynəlxalq qorssmeyster titulu birbaşa verilir, eyni zamanda Dünya Kubokunda iştirak etməyə haqq qazanır: “Çox xoş haldır ki, Abdulla Qədimbəyli bu yarışa qədər həm Beynəlxalq qrossmeyster normativlərini ödəmişdi, həm də ötənilki Avropa çempionatındakı çıxışı ilə Dünya Kubokuna vəsiqəni qazanmışdı”.

Federasiya rəsmisi şahmatçılarımızın oyunu barəsində də danışıb: “Abdullanın çıxışı göstərdi ki, çox sakit və təmkinli idi. Bir dəfə də məğlub olmadı. Son turda da öz komanda yoldaşı ilə oynadı, gərgin mübarizə heç-heçə başa çatdı. Bununla belə, çempionluğu əldə edə bildi”.

Həsənov şahmata dövlət qayğısından da bəhs edib: “Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şahmatçılarımızı təbrik etdi. Bu, çox xoş haldır və bir daha göstərir ki, şahmat hər zaman dövlət qayğısında və diqqətindədir. Şahmatçılar da bilirlər ki, onların arxasında dövlət, bütün Respublika dayanıb”.

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub