"Sabah"ın 111 yaşlı rəqibi: Azərbaycan futbolunun tarixinə düşən "Makkabi" - TANITMA

"Sabah"ın 111 yaşlı rəqibi: Azərbaycan futbolunun tarixinə düşən "Makkabi" - TANITMA

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan İsrailin "Makkabi" (Hayfa) klubu 1913-cü ildə qurulub.

"Report"un məlumatına görə, komanda 1983/1984 mövsümündən sonra 15 dəfə ölkə çempionu olub.

Hayfa təmsilçisi altı dəfə ölkə kubokuna, beş dəfə Superkuboka sahib çıxıb. Klub ev oyunlarını 30942 azarkeş tutumuna malik "Sammy Ofer Stadium"da keçirir. "Makkabi"nin sahibi və prezidenti Yakov Şahardır. 2020-2023-cü illərdə komandaya rəhbərlik edən baş məşqçi Barak Bahar iyunun 6-da yenidən bu posta təyin olunub. Hayfa klubu 2023/2024 mövsümündə Premyer Liqanı ikinci pillədə bitirib və Konfrans Liqasında iştirak hüququ əldə edib.

"Makkabi" İsrail futbolu tarixində ilklərə də imza atıb. Komanda ilk dəfə 2002/2003 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla buna nail olub. Daha sonra iki dəfə də qrupda oynayan "yaşıllar" bu rekordun da sahibidir.

Hazırkı heyət əsasən yerli futbolçulardan qurulub. Klubda İsveç, Niger, Anqola, Haiti, ABŞ, Almaniya, Fransa, Seneqal və Xorvatiyadan olan legionerlər də var. 2022-ci ilin yayından cari ilin əvvəlinədək "Neftçi"nin formasını geyinən Kenni Sayef hazırda "Makkabi"nin uğurları üçün çalışır.

Hayfa təmsilçisi daha əvvəl də avrokuboklarda Azərbaycan klublarına rəqib olub. "Qarabağ" 1999-cu ildə İntertoto Kubokunun I mərhələsində bu komandanı mübarizədən kənarlaşdırıb. İsraildə 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi evdə (0:1) məğlub olsa da, səfər qolu sayəsində mərhələ adlayıb. Bu, Azərbaycan klublarının UEFA-nın bayrağı altında keçirilən turnirlərdə mərhələ adladığı ilk duel kimi də tarixə düşüb.

Daha sonra "Xəzər Lənkəran"ın yolu 2012/2013 mövsümündə "Makkabi" ilə kəsişib. İsrail komandası Lənkəranda 8, evdə isə 2 cavabsız qolla qalib gəlib.

Yaxın keçmişdə isə "Neftçi" bu rəqiblə münasibətləri aydınlaşdırıb. 2021/2022 mövsümündə "ağ-qaralar" iki matçın nəticəsinə əsasən mübarizəni dayandırıb - 3:3, 0:4.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Futbol
Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb