Elmar Baxşıyev: Əgər İtaliya millisi qrupdakı kimi oynasa işi çox çətin olacaq

Elmar Baxşıyev: Əgər İtaliya millisi qrupdakı kimi oynasa işi çox çətin olacaq

Əgər İtaliya millisi qrupdakı kimi oynasa işi çox çətin olacaq.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Almaniyada təşkil olunan Avropa çempionatında bu gün keçiriləcək 1/8 final matçları ilə bağlı danışarkən deyib.

Mütəxəssis İsveçrə - İtaliya görüşünün gərgin mübarizə şəraitində keçəcəyini bildirib:

"Avropa çempionatının oyunlarına nəzər saldıqda görürük ki, aşkar favorit yoxdur. Hər komanda yüksək səviyyədə mübarizə aparır. Bu gün ilk olaraq İsveçrə - İtaliya matçına şahidlik edəcəyik. Əgər İtaliya millisi qrupdakı kimi oynasa işi çox çətin olacaq. Qrup görüşlərində xal itirsən də, növbəti matçlar üçün şansın qalır. Lakin 1/8 final elə bir mərhələdir ki, məğlub olmaq şansın yoxdur".

E.Baxşıyev Almaniya - Danimarka matçında ikincilərin sürpriz edə biləcəyinə inandığını deyib:


"Almaniya - Danimarka görüşü də olduqca maraqlı keçəcək. Düşünürəm ki, skandinaviyalılar turnirin sürpriz komandalarından biridir. Lakin əvvəl də dediyim kimi, pley-off qarşılaşmaları fərqli olur. Komandalar da qarşılaşmaya fərqli yanaşırlar. Bu səbəbdən hansı komandanın daha şanslı olduğunu demək çətindir".

Qeyd edək ki, İsveçrə - İtaliya matçı saat 20:00-da, Almaniya - Danimarka görüşü isə 23:00-da start götürəcək.

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol
Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Futbol
DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Futbol
Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
"Neftçi"nin futbolçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu əməliyyat olunub

Futbol
"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Dünya çempionatının təqvimi

Dünya çempionatının təqvimi

Futbol
Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"