AVRO-2024: İngiltərə - Slovakiya matçında ikinci hissə başlayıb - YENİLƏNİB 4
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, hazırda davam edən matçda Slovakiya yığması hesabda öndədir - 1:0.
İvan Şrants 25-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Slovakiya yığması fasiləyə 1:0 üstünlüklə yollanıb.
İvan Şrants 25-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.
"Report" xəbər verir ki, İvan Şrants 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.
Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.
Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

https://qalaba.az//uploads/photo/avro-2024-ingiltere-slovakiya-matchinda-ikinci-hisse-bashlayib-yenilenib-4.webp











