"Turan Tovuz"un futbolçusu: Kurban Berdıyev üçün ən vacib olan nizam-intizamdır

"Turan Tovuz"un futbolçusu: Kurban Berdıyev üçün ən vacib olan nizam-intizamdır

Kurban Berdıyev üçün ən vacib olan nizam-intizamdır.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Turan Tovuz” klubunun futbolçusu Ayxan Quseynov deyib.

Yarımmüdafiəçi türkmənistanlı mütəxəssis Kurban Berdıyev seçiminin uğurlu olacağına inandığını deyib:

“Yeni təyinat hər kəs kimi məni də sevindirdi. Futbolçu olaraq onunla işləmək çox maraqlıdır. Berdıyev çox güclü məşqçidir. Futbolun hər tərəfini görmüş mütəxəssisdir. Təyinatı rəsmiləşdikdən sonra komandanın kapitanları ilə görüşdü, tapşırıqlarını verdi. İcazə verdiyi məqamlar və qadağalar barədə danışdı, razılaşdıq. Çalışacağıq ki, onun tapşırıqlarını layiqincə yerinə yetirək. Onun üçün ən vacib olan nizam-intizamdır”.

25 yaşlı futbolçu Qəbələdə davam edən təlim-məşq toplanışı barədə danışıb:

“Bir həftədir ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Daha çox taktiki məşqlərə üstünük veririk. Bu da yeni baş məşqçimizin futbol ideyaları ilə bağlıdır. Fərqli futbol düşüncələri var. Məşqlərdə bunu görə bilirik. Hücumdan müdafiəyə qayıtmaq və daha sonra yenidən əks-hücuma çıxmaq kimi məsələlər üzərində daha çox dayanır. Hamımız inanırıq ki, komandanın nəticələrində irəliləyiş olacaq”.

O, qarşıya avrokuboklara vəsiqə qazanmaq hədəfinin qoyulduğunu vurğulayıb:

“Düzdür, bu barədə danışmaq hələ tezdir. Amma gedişat onu göstərir ki, uğurlu çıxış etsək, UEFA Konfrans Liqasına düşə bilərik. Hədəfimiz budur. 2024/2025 mövsümünü ilk "dördlük"də bitirmək istəyirik”.

Qeyd edək ki, "Turan Tovuz" Kurban Berdıyevlə "2+1" illik müqavilə bağlayıb.

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Futbol
Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib