“Şimal”ın prezidenti: Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu olduq

“Şimal”ın prezidenti: Regionlar Kubokunda xal qazanan ilk Azərbaycan klubu olduq

Regionlar Kuboku yaranandan yarışda xal qazanan ilk Azərbaycan klubu “Şimal” oldu.

Bunu “Report”a açıqlamasında Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” klubunun prezidenti Qılman İbrahimov deyib.

O, B qrupunda Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” klubları ilə keçirdikləri oyunlar barədə danışıb:

“Regionlar Kuboku yaranandan yarışda xal qazanan ilk Azərbaycan klubu “Şimal” oldu. Buna qədər “Cəbaryıl” da iştirak etmişdi və hər iki oyunda məğlub olmuşdu. İsveç klubu ilə oyunun nəticəsi nə qədər xoş olsa da, Gürcüstan təmsilçisinə böyükhesablı məğlubiyyət üzücü idi”.

Q.İbrahimov Kutaisidə baş tutan turnirə problemlər fonunda qatıldıqlarını deyib:

“UEFA Regionlar Kubokuna hazırlaşarkən müəyyən təlimatlara əməl etməli idik. Heyətdə vaxtilə peşəkar futbolla məşğul olmuş futbolçuların çıxışına icazə verilmirdi. Bundan əlavə, oyunçuların yaşı 40-dan yuxarı və 18-dən aşağı olmamalıdır. Bu şəkildə 8 nəfəri itirdik. Gənc futbolçulardan isə 4 nəfəri oynada bilmədik. Həmçinin oyunçular ən azı son iki ildə hansısa həvəskar komandada oynamalıdır. Bir nəfəri də bu səbəbdən komandada saxlamaq mümkün olmadı".

Klub rəsmisi heyəti əsasən Qusar və Xaçmaz bölgəsində formalaşdırdıqlarını vurğulayıb:

"Digər problem isə onların xaricə aparılması ilə bağlı idi. Çünki kənddə böyümüş, regiondan kənara çıxmamışdılar. Sənəd problemləri ortaya çıxdı. Proseslər kifayət qədər vaxt apardı, hətta bəziləri alınmadı. İlk oyuna qədər isə komanda birlikdə məşq edə bilməmişdi. Bu səbəbdən Gürcüstan komandasına 0:5 hesabı ilə məğlub olduq. İsveç təmsilçisi ilə oyundan əvvəl hazırlıq üçün müəyyən imkanımız oldu, komandanın fiziki durumunu nisbətən yaxşılaşdırdıq. Nəticədə matç 2:2 hesabı ilə bitdi. Təəssüf ki, rəqib sona yaxın hesabı bərabərləşdirdi”.

Qeyd edək ki, AFFA Region Liqasının qalibi kimi UEFA Regionlar Kubokuna qatılan “Şimal” klubu Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupunda yerli “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupdakı ikinci matçını İsveçin “Qothenburq” komandasına qarşı keçirib və görüş 2:2 hesabı ilə yekunlaşıb.

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
İnfantino: “Mundialda komanda sayı artırılacaq”

İnfantino: “Mundialda komanda sayı artırılacaq”

Futbol
KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

Futbol
Milli üzvü: "Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik"

Milli üzvü: "Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik"

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə III turun oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə III turun oyunları baş tutacaq

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək