Favoritlərin qitə çempionatlarında 4-cü dueli, Fransa finalda uduzduğu rəqibə qarşı

Favoritlərin qitə çempionatlarında 4-cü dueli, Fransa finalda uduzduğu rəqibə qarşı

Avropa çempionatının 1/4 finalında üz-üzə gələcək İspaniya və Almaniya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 8 dəfə qarşılaşıblar.

"Report"un məlumatına görə, tərəflər hərəyə üç qələbə əldə ediblər, iki oyunda isə heç-heçə qeydə alınıb.

Hazırkı meydan sahibləri İspaniya ilə qitə çempionatlarında üç dəfə görüşüb. 1984 və 2008-ci illərdə (hər ikisi 0:1) məğlubiyyətlə üzləşən Bundestim AVRO-1988-də 2:0 hesabı ilə qalib gəlib.

Almaniya seçməsi "buğalar"ı qəbul etdiyi ilk oyunda (1935) uduzub - 1:2. Yığma həmin vaxtdan sonra bu rəqibə doğma meydanda yenilməyib - 5 qələbə, 3 bərabərlik.

1/4 final mərhələsinin digər matçında Fransa Portuqaliyanın müqavimətini qırmağa çalışacaq. Yığmalar qitə turnirlərində 4 dəfə qarşılaşıblar. İlk iki görüşdə fransızlar (1984; 3:2, 2000; 2:1) qalibiyyətə seviniblər. Portuqaliya isə növbəti iki dueldə rəqibinə uduzmayıb (2016; 1:0, 2020; 2:2). Fransa millisi bu komandaya 14 qarşılaşmanın yalnız birində yenilib ki, bu da 2016-cı ildəki Avropa çempionatının finalına təsadüf edib.

Tərəflər dünya çempionatlarında bir dəfə üz-üzə gəliblər. DÇ-2006-dakı yarımfinal matçında "xoruzlar" 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, İspaniya - Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da, Portuqaliya - Fransa qarşılaşması isə 23:00-da start götürəcək.

Futbol
“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

Futbol
KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

Futbol
"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

Futbol
Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb