İngiltərə klubunun portuqaliyalı futbolçusu "Əl-Nəsr"dən təklif alıb
İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeş Səudiyyə Ərəbistanının iki klubundan təklif alıb.
"QELEBE.AZ" "TeamTalk"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə millidəki komanda yoldaşı Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”, həmçinin “Əl-İttihad” klublarından dəvət gəlib.
B.Fernandeşin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, 2023/2024 mövsümündə yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 48 matçda 15 qola və 13 məhsuldar ötürməyə imza atıb.

https://qalaba.az//uploads/photo/ingiltere-klubunun-portuqaliyali-futbolchusu-el-nesrden-teklif-alib.webp











