"Turan Tovuz" "Kəpəz"i böyük hesabla məğlub edib
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Turan Tovuz" və "Kəpəz" klubları yoxlama görüşündə üz-üzə gəliblər.
"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç Tovuz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha öncə yoxlama oyununda II Liqa təmsilçisi "Şəmkir"ə 13:0 hesabı ilə qalib gəlib.

https://qalaba.az//uploads/photo/turan-tovuz-kepezi-boyuk-hesabla-meglub-edib.webp











