Paris-2024-ə akkreditasiya olunmuş media nümayəndələri və mətbuat katibləri ilə görüş keçirilib

Paris-2024-ə akkreditasiya olunmuş media nümayəndələri və mətbuat katibləri ilə görüş keçirilib

XXXIII Yay Olimpiya Oyunlarına Azərbaycandan akkreditasiya olunmuş media nümayəndələri və Olimpiadaya lisenziya qazanmış növlər üzrə federasiyaların mətbuat katibləri ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə nazirliyin İdman şöbəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, komandanın press ataşesi Qabil Mehdiyev iştirak ediblər.

Media nümayəndələrini salamlayan Elnur Məmmədov Oyunlara cəmi 2 həftə qaldığını xatırladıb və Azərbaycan idmançılarının Oyunlarda iştirakı üçün görülən işlər barədə məlumat verib.

Görüşdə Olimpiada dövründə medianın fəaliyyəti, idmançıların hazırlığında psixoloji amillərin nəzərə alınması, komanda ruhunun yüksəldilməsi üçün atılmalı addımlar və digər vacib məqamlar müzakirə edilib. Eyni zamanda federasiyaların mətbuat xidmətləri ilə media nümayəndələrinin ortaq fəaliyyəti üçün görüləcək işlər barədə məlumat verilib.

Tədbirdə həmçinin media nümayəndələrinin sualları cavablandırılıb və Parisə yollanacaq jurnalistlərə XXXIII Yay Olimpiya Oyunlarının akkreditasiyaları təqdim edilib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib